- Dünyanın halı
- 19 Dekabr 2022 14:58
- 4 191
Kərkükdə İŞİD əməliyyatı
Kərkükdə İŞİD-ə qarşı keçirilən əməliyyatda bir terrorçu məhv edilib.
Aznews.az xəbər verir ki, İraq federal polis qüvvələrinin Kərkük şəhərinin cənubunda mövcud olmağa başlayan və hücumlar həyata keçirən İŞİD terror təşkilatına qarşı keçirdiyi əməliyyatda bir terrorçunun öldürüldüyü bildirilib.
Kərkük Polis İdarəsinin mətbuat katibi Əmir Nuri Anadolu Agentliyinə (AA) bildirib ki, əməliyyat Havice rayonu və Ər-Riyad mahalı yaxınlığında həyata keçirilib.
İraq hava qüvvələrinin də əməliyyata dəstək verdiyini qeyd edən Nuri bir terrorçunun öldürüldüyünü və çoxlu sayda partlayıcının ələ keçirildiyini bildirib.
Mövsüm