Keniya müdafiə naziri: "Hicabla bağlı probleminiz varsa, ölkəni tərk edin"

Keniyanın Müdafiə Naziri Aden Duale paytaxt Nayrobidə çıxışı zamanı ölkədəki hicablı qadınların qarşılaşdığı ayrı-seçkiliyə reaksiya verib.

"Hicablı qadınlarımızla bir probleminiz varsa və Keniyada yaşıyırsınızsa, o zaman bu ölkəni tərk etməyiniz daha yaxşı olacaqdır, çünki onlar hicab taxmağa davam edəcəklər".

Aznews.az xəbər verir ki, bu barədə Citizen televiziyası məlumat yayıb.

Qeyd edək ki, Keniyada Ali Məhkəmə 2016-cı ildə kilsənin maliyyələşdirdiyi məktəblərdə şagirdlərə tətbiq edilən hicab qadağasını ləğv edib. Lakin bu qərardan 3 il sonra yeni məhkəmə qərarı çıxarılıb və qərara alınıb ki, hər məktəb öz geyim tərzini tətbiq edə bilər.

Mövsüm