- Dünyanın halı
- 23 Dekabr 2022 11:55
- 3 499
ABŞ: "Şimali Koreya Rusiyanın "Vaqner" qrupuna silah satıb"
""Vaqner" Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləmək üçün bütün dünyada silah tədarükçüləri axtarır. Keçən ay Şimali Koreya Vaqnerin istifadəsi üçün Rusiyaya raketlər təhvil verib".
AzNews.az xəbər verir ki, bunu Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə açıqlamasında deyib.
Kirbi bildirib ki, "Vaqner" Ukraynada ayda 100 milyon dollardan çox pul xərcləyir: "Şimali Koreyanın hərbi texnikanın pulunu ödəmiş Vaqnerə ilk silah tədarükünü başa çatdırdığını təsdiqləyə bilərik.
Düşünürük ki, Vaqnerə silah tədarükü Ukraynadakı müharibənin dinamikasını dəyişməyəcək. Amma şübhəsiz ki, biz Şimali Koreyanın "Vaqner"ə daha çox hərbi texnika tədarük etməyi planlaşdırmasından narahatıq”.
Pərvanə