- Dünyanın halı
- 26 Dekabr 2022 14:47
- 4 744
Dünya İqtisadi Forumu (WEF) yenidən işə başlayır
Hər il hökumət, biznes və vətəndaş cəmiyyəti liderlərini bir araya gətirən “Davos Sammiti” kimi tanınan Dünya İqtisadi Forumu (WEF) yenidən fəaliyyətə keçir.
Aznews.az xəbər verir ki, Dünya İqtisadi Forumu (WEF) yanvarın 16-20-də keçiriləcək.
Sammitdə “Yeni Enerji İqlimi və Təbiət Sistemi Kontekstində Mövcud Enerji və Ərzaq Böhranlarının həlli”,“Yeni İnvestisiya, Ticarət və İnfrastruktur Sistemi Kontekstində Mövcud yüksək inflyasiya, aşağı artım, yüksək borc iqtisadiyyatının həlli” və.s kimi mövzulara toxunulacaq.
Qeyd edək ki, Davos Sammiti 1971-ci ildən bəri hər il yanvar ayında İsveçrənin Davos şəhərində keçirilir.
Mövsüm