Boliviyanın ana müxalifətinin lideri saxlanılıb

Boliviyanın Santa Kruz qubernatoru və əsas müxalifət lideri Luis Fernando Kamaço 2019-cu ildə prezident Evo Moralesin məcburi istefası ilə nəticələnən siyasi böhrandakı roluna görə saxlanılıb.

AzNews.az xəbər verir ki, şahidlərin sözlərinə görə, Kamaço Santa Kruz əyalətində evinə gedərkən polis onun maşınına müdaxilə edib.

Polislə Kamaço arasında qarşıdurma yaşanıb. Bu zaman polis Kamaçonun maşınının şüşəsini sındıraraq gözyaşardıcı qazdan istifadə edib.

Saxlanılan Kamaço paytaxt La Pasa aparılıb.

Hadisədən sonra Kamaço tərəfdarları yollara və hava limanlarına axışaraq uçuşlarda fasilələrə səbəb olub.

Reaksiyalardan sonra Baş Prokurorluq 2019-cu ildə baş verən siyasi böhranla əlaqədar Kamaço haqqında həbs qərarı olduğunu deyib.

Pərvanə