"Deutsche Telekom" fevralın 15-dək Türkiyəyə zəngləri pulsuz etdi

Alman telekommunikasiya şirkəti "Deutsche Telekom" fevralın 15-dək Kahramanmaraş mərkəzli zəlzələlər səbəbilə Almaniyadan Türkiyə və Suriyaya edilən zənglərdən ödəniş alınmayacağını açıqlayıb.

AzNews.az xəbər verir ki, "Deutsche Telekom" zəlzələ qurbanları üçün "Aktion Deutschland Hilft" (Almaniya Kömək edir) təşkilatına bir milyon avro bağışlayacaq.

"Deutsche Telekom" İcraçı Direktoru (CEO) Timotheus Höttges Türkiyə və Suriyadan gələn görüntülərə görə dərindən kədərləndiklərini bildirib: "Biz zəlzələdən zərər çəkmiş insanların çarəsizliyinə təkcə mərhəmətlə deyil, maddi yardımla yanaşırıq".

Bir çox şirkət işçilərinin Türkiyədə və ya Suriyada qohumlarının olduğunu qeyd edən Höttges həmrəyliyin gözəl olduğunu vurğulayıb.

Pərvanə