- Dünyanın halı
- 16 Fevral 2023 08:04
- 2 965
"Warner Bros" zəlzələ qurbanlarına 1 milyon dollar bağışladı

ABŞ-də yerləşən çoxmillətli media və əyləncə şirkəti "Warner Bros. Discovery" Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlər üçün 1 milyon ABŞ dolları (18,8 milyon lirə) bağışladı.
AzNews.az xəbər verir ki, bu barədə şirkətin Türkiyə ofisi məlumat yayıb.
"Bu ağrılı hadisədən sonra fəlakət bölgəsindən ən son xəbərləri almaq və sizinlə paylaşmaq üçün TLC və DMAX yayımından NTV-yə keçdik. Daha çox vəsait toplamaq üçün 8 kanalın birgə yayımını eyni vaxtda paylaşırıq", - məlumatda qeyd olunub.