Yaponiya Ukraynaya 7,6 milyard dollar yardım edəcək

Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa Brüsseldəki təmasları çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.

AzNews.az xəbər verir ki, o, Yaponiya hökumətinin Ukraynaya müxtəlif sektorları əhatə edən 7,6 milyard dollarlıq yardım göstərməyi öhdəsinə götürdüyünü bildirib.

May ayında G7 Liderlər Sammitinə ev sahibliyi edəcək Yaponiyanın baş naziri Ukrayna prezidenti Volodimir Zelenskini onlayn formatda sammitdə iştiraka dəvət edib.