"Ukraynanın gələcəyi Aİ daxilindədir və bu, Luqanska qədər uzanacaq" -Annalena Burbok

"Ukraynanın gələcəyi Aİ daxilindədir və tezliklə Lissabondan Luqanska yayılacaq".

Aznews.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Burbok, Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının iclasında qeyd edib.

“Aİ Xarici İşlər Nazirlərinin bu Şurası ilə biz Avropa İttifaqını hazırda Avropanın ürəyinin ən güclü döyündüyü yerə aparırıq. Budur, Kiyevə, Ukraynaya. Ukraynanın gələcəyi Avropa İttifaqında, bizim azadlıq birliyindədir. Və tezliklə o, Lissabondan Luqanska qədər uzanacaq”, – Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Burbok həmçinin bildirib ki, Rusiya ordusu ilə vuruşmaqla Kiyev “Aİ-yə doğru yol alır”.

Mövsüm