ABŞ qoşunlarını sentyabrın ortalarına qədər Nigerdən çıxaracaq

Birləşmiş Ştatlar hərbi əməkdaşlıq müqaviləsini ləğv edərək, sentyabrın ortalarına qədər qoşunlarını Nigerdən çıxaracağını açıqladı.

ABŞ və Niger tərəflərinin imzaladığı bəyannamədə Vaşinqton və Niamey rəhbərliyinin çəkilmə ilə bağlı əldə etdiyi ortaq qərara uyğun olaraq, Nigerdə ​​yerləşən Amerika əsgərlərinin ən geci sentyabrın 15-dək ölkəni tamamilə tərk edəcəyi qeyd edilib.

Keçən həftə ABŞ nümayəndə heyəti Nigerə getmiş və qoşunların çıxarılması prosesini təfərrüatlandırmaq üçün Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşmüşdü.

Aprel ayında ABŞ dövlət katibinin müavini Kurt Kempbell ilə Niger baş naziri Əli Mahaman Lamine Zeyne arasında Vaşinqtonda keçirilən görüşdən sonra ABŞ tərəfi qoşunlarını geri çəkməyə və Aqadez şəhərindəki pilotsuz uçuş aparatları bazasını bağlamağa razılaşıb.

Mövsüm

Aznews.az