Hindistan XİN: Hindistan Ukrayna sammitində lazımi səviyyədə iştirak edəcək

Hindistanın nümayəndələri İsveçrədə Ukraynadakı vəziyyətə həsr olunmuş sammitdə iştirak edəcəklər.

Bunu brifinq zamanı ölkənin xarici işlər naziri Vinay Kvatra deyib.

"Hindistan İsveçrədə keçiriləcək sülh sammitində lazımi səviyyədə iştirak edəcək", - deyə nazir qeyd edib.

Lakin diplomat görüşdə konkret kimin iştirak edəcəyini dəqiqləşdirməyib.

Mövsüm

Aznews.az