Mali yenidən bütün siyasi partiyaların fəaliyyətini dayandırır

Mali hökuməti ictimai asayişi qorumaq üçün Qərbi Afrika ölkəsində bütün siyasi partiyaların fəaliyyətini dayandırmaq qərarına gəlib.

Bu barədə Afrika respublikasının dövlət televiziyasına istinadən Reuters agentliyi məlumat yayıb.

Fərman keçid prezidenti Assimi Qoita tərəfindən imzalanıb və Mali hökumətinin siyasi partiyaları tənzimləyən qanunu rəsmi olaraq ləğv etməsindən bir həftə sonra dərc edilib.

Hərbi hökumətin hərəkətlərinə cavab olaraq, hərbi-siyasi keçid dövrünün başa çatmasını və konstitusiya quruluşuna qayıtmağı tələb edən onlarla partiyadan ibarət koalisiya yaradılıb.

Mövsüm

Aznews.az