- Dünyanın halı
- 8 May 16:16
- 1 039
Pakistan Hindistanın 5 döyüş təyyarəsini vurub

Hindistan və Pakistan 125 döyüş təyyarəsinin iştirakı ilə böyük hava döyüşü həyata keçirib.
Bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, mayın 7-nə keçən gecə döyüş bir saatdan çox davam edib və tərəflərdən heç biri öz hava məkanını tərk etməyib. Pakistan təhlükəsizlik mənbəsinin sözlərinə görə, raket zərbələri mübadiləsi bəzən 160 km-dən çox məsafədə baş verib.
Nəşr bildirir ki, Hindistan təyyarələrin itdiyini təsdiqləməsə də, beş Hindistan təyyarəsi vurulub.
Mövsüm
Aznews.az