- Dünyanın halı
- 8 May 19:15
- 1 146
Rusiya və Çin ölkələri KXDR-ə təzyiqdən əl çəkməyə çağırıb

Rusiya və Çin birlikdə aidiyyəti dövlətləri Koreya Xalq Demokratik Respublikasına təzyiq göstərməkdən və Şimal-Şərqi Asiyanı hərbiləşdirməkdən çəkinməyə çağırıb.
Bu mövqe faşist Almaniyası üzərində Qələbənin 80-ci ildönümünə həsr olunmuş birgə bəyanatda öz əksini tapıb və əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.
“Tərəflər müvafiq ölkələri Koreya Xalq Demokratik Respublikasına qarşı birtərəfli məcburetmə tədbirləri və təzyiq siyasətindən, eləcə də Şimal-Şərqi Asiyada hərbiləşmə tendensiyası və qarşıdurmaya səbəb olan hərəkətlərdən əl çəkməyə çağırırlar”, - bəyanatda deyilir.
Bundan başqa, sənəd Koreya yarımadasında gərginliyin azaldılması və silahlı insidentlərin və irimiqyaslı hərbi münaqişələrin risklərinin aradan qaldırılması üçün konkret tədbirlərin görülməsinə ehtiyac olduğunu vurğulanıb.
Mövsüm
Aznews.az