Cənubi Çin Dənizində Çin və Filippin arasında gərginlik artır

Çin və Filippin Cənubi Çin dənizində iki ölkə arasında mübahisə predmeti olan Skarboro Şolunu əhatə edən sular üstündə növbəti dəfə toqquşub.

Filippin Silahlı Qüvvələrindən verilən açıqlamada Çin döyüş gəmilərinin bölgədə patrulluq edən Filippin gəmilərinə qarşı aqressiv və təhlükəli manevrlər etdiyi iddia edilib.

Açıqlamada Filippin Hərbi Dəniz Qüvvələrinə məxsus "BRP Emilio Jacinto" gəmisinin Filippin Sahil Mühafizəsi və Balıqçılıq və Su Ehtiyatları Bürosunun gəmiləri ilə bölgədə müntəzəm patrul xidməti həyata keçirərkən, onu iki Çin "Ciangkay 2" sinif freqatı və bir Çin Sahil Mühafizə gəmisi izlədiyi bildirilib.

Açıqlamada freqatlardan birinin Filippin döyüş gəmisinin quyruğuna yaxınlaşarkən digərinin onun pruvasının qarşısını kəsərək toqquşma riski yaratdığı, Çin Sahil Təhlükəsizlik gəmisinin də Filippin gəmisinin qarşısını almağa çalışdığı bildirilib.

Çin tərəfi insidentdə Filippini günahlandırıb. Cənubi Çin Dənizi bölgəsinə cavabdeh olan Xalq Azadlıq Ordusunun (PLA) Cənub Cəbhə Komandanlığının sözçüsü Tien Cünli, komandanlığa bağlı əsgərlərin Filippin gəmisini izlədiyini və onun ərazi sularına girməsinə mane olduğunu iddia edib.

Mövsüm

Aznews.az