- Dünyanın halı
- 13 May 21:24
- 883
Konqonun şərqində daşqınlar 110-dan çox insanın həyatına son qoyub

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Cənubi Kivu əyalətində baş verən daşqınlar nəticəsində 110-dan çox adam ölüb.
Bu barədə "Actualite.co" portalı məlumat yayıb .
“Bu gün, 2025-ci il mayın 12-də səhər saatlarında hesabatda 19 qadın, 56 kişi və 49 uşaq olmaqla 114 nəfərin öldürüldüyü, 150-dən çox evin dağıdıldığı bildirilir”, - nəşr yazır.
Daşqının mayın 9-na keçən gecə çay sularının daşması səbəbindən baş verdiyi dəqiqləşdirilir. İlkin olaraq hadisə nəticəsində 61 nəfərin öldüyü bildirilirdi. Hazırda xilasedicilər cəsədlərin axtarışını davam etdirirlər.
Mövsüm
Aznews.az