BMT Qara dəniz sazişini bərpa etməyə hazır olduğunu açıqlayıb

BMT Qara dəniz sazişinin yenilənməsinə yardım etməyə və bu istiqamətdə Rusiya və Ukrayna ilə işləməyə hazırdır.

Bu barədə BMT baş katibinin ofisindən məlumat verilib.

"Qara dəniz təşəbbüsü hazırda tərəflər tərəfindən nəzərdən keçirilmir. Onun yenidən baxılıb-baxılmaması ilə bağlı qərar onlarındır. BMT tərəflərlə əməkdaşlığa hazır olaraq qalır", - BMT Baş katibinin sözçünün müavini Fərhan Haq bildirib.

Qara Dəniz Taxıl Təşəbbüsünün yenilənməsi perspektivləri, xüsusən də Rusiya və Amerika nümayəndə heyətləri arasında martın 24-də Ər-Riyadda keçirilən görüşdə müzakirə edilib. Daha sonra Kreml bəyan edib ki, Rusiya- ABŞ Qara dəniz razılaşmaları yalnız bir sıra Rusiya banklarına qarşı sanksiyalar götürüldükdən və onlar SWIFT-ə yenidən qoşulduqdan sonra qüvvəyə minəcək.

Mövsüm,

AzNews.az