- Dünyanın halı
- 22:19
- 1 107
Ərəb ölkələri İbrahim razılaşmalarının genişlənməsinə qarşıdırlar
“Ərəb ölkələri Qəzza zolağında atəşkəsdən sonra İsraillə İbrahim sazişlərini yeniləmək və genişləndirmək təşəbbüsünə qarşı çıxıblar”.
“Financial Times” (FT) bu barədə məlumat yayıb.
“Nəşrin yazdığına görə, region liderləri ABŞ-ın hərəkətlərini diqqəti Fələstin məsələsindən yayındırmaq və İsrailin güc yolu ilə siyasətini qanuniləşdirmək cəhdi kimi qiymətləndirirlər. Bundan başqa, Qazaxıstanın sazişlərə “qoşulması” elanı bir çoxları tərəfindən simvolik və boş jest kimi qəbul edilib” ,- qəzet əlavə edib.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin sözçüsü Manal Radvan Vaşinqtonun bu prinsipə məhəl qoymadığını qeyd edərək, "Fələstin dövlətinin yaradılması regional inteqrasiya üçün zəruri şərtdir", - deyə vurğulayıb.
Mövsüm,
AzNews.az