- Dünyanın halı
- 14:53
- 1 351
ABŞ-ın Ermənistandakı səfiri: Tezliklə “Tramp marşrutu” üzrə işlərə başlanılacaq
Tezliklə “Tramp marşrutu” layihəsi üzrə işlərə başlanılacaq.
Aznews.az xəbər verir ki, bu barədə ABŞ səfiri Kristina kvin bildirib.
O qeyd edib ki, “Tramp marşrutu” layihəsinin və Vaşinqtonda imzalanmış memorandumların icrası üzrə hökumətlərarası işçi qruplar ilin sonuna qədər ilk iclaslarını keçirəcəklər.
Səfirin sözlərinə görə, ABŞ və Ermənistan artıq layihənin planlaşdırılması və icrası ilə məşğul olacaq strukturları formalaşdırırlar.
“İşçi qrupları yaradılıb və tezliklə işə başlayacaqlar”, - diplomat əlavə edib.
Aznews.az