- Dünyanın halı
- 11:01
- 1 625
Rusiyadan Kiyevə raket zərbəsi: 2 ölü, 44 yaralı
Rusiya Ordusunun mayın 24-nə keçən gecə Kiyevə endirdiyi raket zərbəsi nəticəsində 2 nəfər ölüb, daha 44 nəfər yaralanıb.
Aznews.az xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko bunu "Telegram"-da paylaşımında bildirib.
Vitali Kliçko qeyd edib ki, yaralanan 44 nəfərdən 28-i xəstəxanaya yerləşdirilib: “Onların arasında vəziyyəti orta ağır olan iki uşaq da var. Daha üç yaralının vəziyyəti ağırdır. 16 zərərçəkənə tibbi yardım ambulator şəkildə göstərilib”.