- Dünyanın halı
- 01:10
- 853
BMT Baş katibi vəzifəsinə namizəd Ukrayna böhranının həll yolunu açıqladı
BMT-nin baş katibi vəzifəsinə namizəd Rebeka Qrinspan bildirib ki, Ukraynadakı münaqişənin həllinin yeganə yolu bütün tərəflərlə qarşılıqlı əlaqə və dialoq qurmaqdan keçir.
“Münaqişələri həll etməyin yeganə yolu budur”
Qrinspan bu barədə RİA Novosti agentliyinə açıqlamasında danışıb.
“Mən həmişə demişəm ki, münaqişələrin həllinin yeganə yolu bütün tərəflərlə qarşılıqlı fəaliyyət göstərməkdir”, – deyə o vurğulayıb.
Ukrayna ilə bağlı mövqeyini açıqlayıb
Bu açıqlama Qrinspana BMT-nin baş katibi seçiləcəyi təqdirdə Ukrayna münaqişəsinin həllinə necə töhfə verməyi planlaşdırdığı barədə verilən suala cavab olaraq səsləndirilib.
Namizəd qeyd edib ki, davamlı sülhə nail olmaq üçün tərəflər arasında dialoq və diplomatik təmaslar əsas rol oynayır.
Mövsüm,
AzNews.az