Paşinyanın mətbuat katibi Arman Eqoyan öz “Facebook” səhifəsində fotolar paylaşıb. Paşinyanın mətbuat katibi Arman Eqoyan öz “Facebook” səhifəsində fotolar paylaşıb.

“Ermənistanın dövlətçilik ənənələri yoxdur” - Nazir Əhmədlidən corab qalmaqalına şərh

Paşinyanın mətbuat katibi Arman Eqoyan öz “Facebook” səhifəsində fotolar paylaşıb.

Fotolarda N.Paşinyan və Frankofoniya sammiti ilə bağlı İrəvanda rəsmi səfərdə olan Kanada baş naziri ayaqlarına geydikləri işğalçı ölkənin bayrağını əks etdirən corabları nümayiş etdirirlər. Bu isə dolayısıyla öz ölkənin bayrağını ayağa geyinməyə bərabərdir.

Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nazir Əhmədli mövzu ilə bağlı AzNews.az-la fikirlərini bölüşüb.

N. Əhmədli bildirib ki, ermənilərin Qafqazda dövlətçilik təcrübəsi demək olar ki, yoxdur. Onların dövlət institutları lazımi dərəcədə formalaşmayıb. Sadəcə, bəzi güclər Ermənistandan bir alət kimi istifadə edirlər. Ona görə də onların xarici siyasətində belə biabırçı məsələlər üzə çıxır. "Corab qalmaqalı" da göstərir ki, bu ölkəni "müstəqil dövlət" adlandırmaq nə qədər gülünc səslənir:

“Təxminən 100 il bundan qabaq, xarici dövlətlərin, xristian havadarların köməyi ilə ilk dəfə Ermənistan dövləti yaranıb. Onların bir dövlət kimi formalaşması üçün Rusiya imperiyası Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra İrandan və Türkiyədən erməniləri gətirib Qafqazda yerləşdirməklə bu ərazilərdə saylarını artırdı. İndi Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarından bütün türkləri sıxışdırıb çıxardılar.

İndi bütün bunlara baxmayaraq, Qərbdəki havadarları Ermənistana niyə kömək edir? Çünki Onların öz məqsədləri var. Rusiyanı təkləmək və ətrafındakı bufer zonadan məhrum etmək üçün, əvvəlcə, MDB ölkələrinə daxil olan Gürcüstanı və Ukraynanı Rusiyanın təsir dairəsindən çıxardılar. İndi isə Ermənistanı həmin dairədən çıxarmaq istəyirlər. NATO sərhədlərini Rusiyanın içərilərinə yaxınlaşdırmaq üçün Ermənistana havadarlıq edirlər. Düşünmürəm ki, bu, Ermənistan üçün xeyirli nəticələr verəcək.”

Nazir Əhmədli qeyd edib ki, Rusiya öz himayəsini Ermənistandan çəksə, qısa bir müddətə öz dövlətçiliyini itirə bilər:

“İşğal etdikləri Azərbaycan torpaqlarında bizimlə təkbətək qalsaydılar, o torpaqlar çoxdan azad olunmuşdu. Onlar indiyə kimi Rusiyanın həm hərbi, həm də siyasi, diplomatik baxımdan dəstəyi nəticəsində Azərbaycan torpaqlarını işğal altında saxlamağa müvəffəq olublar. Ermənistanın daxilində sosial-iqtisadi vəziyətinin pisləşməsi səbəbindən Qərblə yaxınlaşaraq problemlərini həll etmək cəhdi onun Rusiya ilə münasibətlərini korlanmasına gətirib çıxarır. Onlar çox etibarsız bir partnyor olduğunu bir daha sübut etmiş olurlar. Rusiya imperiyası onların bu ərazilərə gətirilməsinə, dövlətlərinin yaradılmasına, indiyə kimi onlara havadarlıq edib ayaq üstə dayanmasına kömək edən bir dövlətdir. Bu cür hərəkətlərlə onlar Rusiyaya xəyanət etmiş olurlar. Ermənistan bir gün bunun siyasi, iqtisadi və diplomatik nəticələrini yaşayacaq”.

Pərvanə AĞAZADƏ
AzNews.az