Asim Mollazadə: “Aztəminatlı əhaliyə dövlət dəstəyinin qorunması üçün müvafiq addımlar atılmaqdadır” Asim Mollazadə: “Aztəminatlı əhaliyə dövlət dəstəyinin qorunması üçün müvafiq addımlar atılmaqdadır”

“Azərbaycan dövləti sosial ədalət prinsiplərinə olduqca həssas yanaşır” - Millət vəkili

Asim Mollazadə: “Aztəminatlı əhaliyə dövlət dəstəyinin qorunması üçün müvafiq addımlar atılmaqdadır”

Xəbər verdiyimiz kimi, Azərbaycan Qlobal Rəqabətlilik Hesabatında ilk dəfə qiymətləndirilib və dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanıb.

Mövzu ilə bağlı Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə AzNews.az-a açıqlamasında bildirdi ki, aztəminatlı əhaliyə dövlət dəstəyinin qorunması üçün müvafiq addımlar atılmaqdadır:

“Baxmayaraq ki, ölkədə iqtisadi islahatlar gedir, bazar iqtisadiyyatı formalaşır. Bununla yanaşı, Azərbaycan dövləti sosial ədalət prinsiplərinə olduqca həssas yanaşır, çalışır ki, ölkənin aztəminatlı əhalisinə müvafiq dövlət dəstəyi qorunub saxlanılsın.

Düzdür, bu istiqamətdə hələ çox şeylər etməliyik. Lakin ən əsas məsələ bu yanaşma ilə bağlıdır. Dünyada iqtisadi böhran olmuşdu, lakin Azərbaycanın dövlət büdcəsində sosial məsələlərlə bağlı nəzərdə tutulmuş maliyyə azaldılmadı, əksinə, artmaqdadır. Düşünürəm ki, Qlobal Rəqabətlilik Hesabatında Azərbaycana verilən qiymətin də əsas səbəbi elə bununla bağlıdır.”

Pərvanə AĞAZADƏ
AzNews.az