Politoloq: “İran xəstə bir orqanizmi müalicə etmək istəyir” Politoloq: “İran xəstə bir orqanizmi müalicə etmək istəyir”

“ABŞ da, İsrail də yaxşı bilir ki, ermənilər xəyanətkar millətdir” – Mübariz Əhmədoğlu

Politoloq: “İran xəstə bir orqanizmi müalicə etmək istəyir”

ABŞ-İran münasibətləri fonunda məlum sanksiyalara region ölkələrinin necə reaksiya verəcəyi barədə müxtəlif fikirlər səsləndirilməkdədir. Təbii ki, hər bir dövlət bu məsələdə daha ehtiyyatlı davranaraq, öz maraqlarından çıxış etməyə üstünlük verir. Bəs hələ də müstəqil siyasət sərgiləyə bilməyən, səfalət girdabında çabalayan Ermənistan dövləti sözügedən sanksiyalara rəğmən hansı addımları ata bilər?

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu AzNews.az-a mövzu ilə bağlı açıqlamasında deyib ki, mövcud durumda ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarla bağlı Ermənistanın atacağı addım sıfra bərabərdir, çünki bu dövlət hədsiz dərəcədə zəif imkanlara malikdir:

“Birincisi, hazırda İranla Ermənistan arasındakı ticari mal dövriyyəsi 60 milyon dollardır. Bu və ya digər məsələlərə görə bundan yuxarı olması da mümkün deyil. Təbii ki, İran çalışır ki, Ermənistanla sıx əməkdaşlıq etsin. Yeri gələndə bununla bağlı təkliflərlə də çıxış edir. Açığını deyim, sanki, İran xəstə bir orqanizmi müalicə etmək istəyir. Lakin Ermənistan elə bir çarəsiz dərdə düçar olub ki, İranın verdiyi “tikə”ni belə uda bilmir. Təsəvvür edin, bu gün Ermənistan immuniteti zəifləmiş bir vücuddur”.

Politoloqun sözlərinə görə, bütün bunlara rəğmən ABŞ və İsrail çalışır ki, Ermənistandan İrana qarşı bir alət kimi istifadə etsin:

“ABŞ və İsrail qəti şəkildə istəyir ki, Ermənistanın öz sərhədlərini İranın üzünə bağlasın. Lakin Ermənistan bunu edə bilmir, başa düşür ki, sonda özünə zərbə vurmuş olacaq”.

M.Əhmədoğlu əlavə etdi ki, Qərbin İrana qarşı Ermənistandan faydalanmaq istəyi heç də təsadüfi deyil:

“Çünki ABŞ da, İsrail də yaxşı bilir ki, ermənilər xəyanətkar millətdir. Məsələn, Osmanlı dövründə türklərə xəyanət elədi, SSRİ dövründə ruslara xəyanət elədi və s. Ona görə də qeyd etdiyim bu iki dövlət əmindirlər ki, ermənilər haçansa İrana qarşı da çevriləcək. Bu baxımdan erməniləri başa salmağa çalışırlar ki, mümkün qədər anti-İran sanksiyalarında iştirak etsin. Lakin Ermənistan yalnız İran əleyhinə aksiyaıar keçirməklə ABŞ-ın xoşuna gələ bilər, bundan artığını edə bilməz. Yəni konkret addımlar atmaq gücündə deyil”.

İşğalçı dövlətin Qərbin sifarişilə İran əleyhinə zərrə qədər gücü olduğu halda bu şansı əldən verməyəcəyinə əminliyini ifadə edən politoloq qeyd etdi ki, Paşinyan hər vəchlə bundan yararlanmağa çalışacaq:

“Hazırda Paşinyan çalışır ki, Amerikadan küllü miqdarda sərmayə cəlb eləsin - həm ABŞ-dakı ermənilərin, həm də amerikalı iş adamlarının sərmayəsini Ermənistana gətirsin. Lakin ABŞ hələ də bunların heç birinə razılıq vermir. Səbəb bəllidir, ABŞ gözləyir ki, Ermənistan İrana qarşı hansı addımlar atacaq və eyni zamanda dekabrda keçiriləcək seçkilərin nəticəsi necə olacaq”.

Rəşad Sarıyev
AzNews.az