"Belarus Ermənistanın bütün etirazlarına baxmayaraq, Azərbaycana silah satır”. "Belarus Ermənistanın bütün etirazlarına baxmayaraq, Azərbaycana silah satır”.

“Prezidentin Belarusa səfəri əvvəlkilərdən fərqlənir” – Nəzakət Məmmədova

"Belarus Ermənistanın bütün etirazlarına baxmayaraq, Azərbaycana silah satır”.

“Azərbaycan və Belarus prezidentləri arasında iki saatdan artıq davam edən danışıqlar gündəliyin zəngin, vaxt rejiminin gərgin olmasına baxmayaraq ilıq atmosferdə, dostluq və mehribanlıq şəraitində keçib. İlham Əliyev və Aleksandr Lukaşenko vurğulayıblar ki, onların arasında dərin etimad mühiti mövcuddur”.

Bunu politoloq Nəzakət Məmmədova deyib. Ölkə başçısı İlham Əliyevin Belarusa səfərini şərh edən politoloqun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Azərbaycan bir çox keçmiş sovet ölkələri, o cümlədən Belarus kimi mühüm əhəmiyyəti olan dövlətlə münasibətlərini ən yaxşı səviyyəyə yüksəltməyi bacarıb: “Ermənistan isə Belarusla hərbi-siyasi təşkilat çərçivəsində müttəfiq olsa da, öz işğalçılıq siyasəti və səriştəsiz baş naziri ucbatından getdikcə təcrid olunur və müttəfiqlərini itirib nəinki Cənubi Qafqazda, bütün post-sovet məkanında təklənməyə doğru gedir”.

Nəzakət Məmmədova bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Belarusa sayca beşinci olan rəsmi səfəri öz əhəmiyyətinə görə əvvəlkilərdən fərqlənir: “Bunun əsas cəhətlərindən biri ondan ibarətdir ki, dövlət başçısının səfəri Belarus-Ermənistan münasibətlərinin ikitərəfli formatda və KTMT çərcivəsində pisləşməsi dövrünə təsadüf edir. Ermənistanda baş nazir Paşinyan başda olmaqla Lukaşenko əleyhinə hədyanlar səsləndirilir. Bunun bir neçə səbəbi var: əvvəla, Belarus Ermənistanın bütün etirazlarına baxmayaraq, Azərbaycana silah satır”.

Politoloqun fikrincə Belarusun Azərbaycana verdiyi "Polonez" sistemləri Ermənistanın "İskəndər" təhdidinə verilmiş adekvat cavab oldu. Eyni zamanda, Belarus kimi bir dövlətin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi bizim üçün çox vacibdir: “Yeri gəlmişkən, ATƏT-in Minsk qrupu da məhz Belarusda yaradılıb. Ermənistan öz işğalçı fəaliyyətinə son verməmək üçün Azərbaycan hərbi yolla öz torpaqlarını azad edəcəyi təqdirdə KTMT-nin onu müdafiə edəcəklərini vurğulayır. Belarusun Qarabağ məsələsində tutduğu obyektiv mövqeyə görə İlham Əliyevin Aleksandr Lukaşenkoya təşəkkür etməsi onu göstərir ki, Ermənistanın ümidləri mənasızdır. Üstəlik, Belarus nümayəndəsi, Belarus Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın rəhbərliyi gözlənilir”. (hafta.az)

AzNews.az