"Rusiya Ermənistanın Qarabağ mövzusundakı qeyri-müəyyənliyinə son qoymalıdır". "Rusiya Ermənistanın Qarabağ mövzusundakı qeyri-müəyyənliyinə son qoymalıdır".

Paşinyan iri hesabla Putini aldatdı - Mübariz Əhmədoğlu

"Rusiya Ermənistanın Qarabağ mövzusundakı qeyri-müəyyənliyinə son qoymalıdır".

Ermənistanda parlament seçkilərinin ən vacib siyasi yekunlarından biri Rusiyapərəst qüvvələrin parlamentdə təmsil olunmamasıdır. Müstəqil Ermənistanda bu hal ilk dəfə baş verir.

Paşinyanın Putini aldatması birinci müavini A.Mirzoyanın RF-in Ermənistandakı səfiri S.Kopırkinlə parlament seçkilərinə hazırlığı müzakirə etməsindən başlanmışdı. Əlbəttə Paşinyan yenə yalan danışa bilər: Onun rəhbərlik etdiyi parlament çoxluğu Rusiyanın da mövqeyini müdafiə edəcək. Paşinyanın bu yalanı təsadüfi və ya son səsvermə gününün nəticəsi deyil. Sadəcə rus ictimai-siyasi şüuru, ağlı ermənini dərk etmək gücündə deyil. Paşinyan addımbaaddım bu istiqamətdə gedirdi:

Birincisi,seçki kampaniyası dövründə Ermənistanda energetika ilə bağlı “Ermənistan energetika həftəliyi-2018” adlı tədbir keçirildi və tədbirdə Ermənistanda enerji islahatlarının bərpa olunan enerji istiqamətində aparılması razılaşdırıldı. Başqa sözlə, Ermənistan energetikası yanacaq energetikasından xilas olur, alternativ və ya bərpa olunan enerjiyə keçir. Yanacaq energetikasından asılı Ermənistan, həm də Rusiya energetikasından asılı Ermənistan deməkdir.

İkincisi, Ermənistan zəruri ehtiyacının olmasına baxmayaraq məhz elə seçki kampaniyası dövründə “Metsatomenerqo” Rusiya-Ermənistan birgə müəssisəsini ləğv etdi. Rusiya tərəfindən heç kəs buna reaksiya vermədi. Erməni həyası o səviyyədə idi ki, bir tərəfdən Ermənistan Rusiyadan Metsamor AES-in bərpası üçün ayırdığı kreditin ödəmə müddətini daha 2 il yubatmağı xahiş edirdi, digər tərəfdən isə Rusiya ilə birlikdə yaratdığı müəssisəni ləğv etdi.

Üçüncüsü, Paşinyan V.Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Uşakovu aşağılamaqla Qərb qarşısında özünün anti-Rusiyaçılıq istiqamətində siyasi iradəsini bir daha nümayiş etdirdi və nəticədə istədiyinə nail oldu. Qərb rəhbərliyi ATƏT və digər müşahidəçilərə Ermənistandakı seçkilərə müsbət rəy bildirmək göstərişini verdilər. Məhz səsvermədən 2 gün öncə Ermənistan polisi News.am saytının binasına soxularaq seçki ilə bağlı olan materialların video yazısını tələb edirdilər. Bu hücum beynəlxalq müşahidəçilərin diqqətini cəlb etmədi.

ATƏT/DTİHB-in Ermənistandakı növbədənkənar parlament seçkiləri ilə bağlı aralıq hesabatı tamamilə neqativ idi. Sonda ATƏT/DTİHB yalnız səsvermə günü müşahidələrin əsasında yekun nəticəni müəyyənləşdirdi.

Nikol Paşinyan istədiyinə nail oldu. Parlament demək olar antiRusiyadır. Bu nəticəyə görə də həm ABŞ, həm Aİ artıq Ermənistandakı bu parlament seçkilərini təbrik edirlər.

Rusiya Ermənistanın geosiyasətindəki qeyri-müəyyənliyə son qoymalıdır. Ermənistan üçün Qarabağ məsələsi geosiyasi oyunu adı ilə tədricən Rusiyadan uzaqlaşıb, Qərbə tərəf meyllənməsi üçün lazımdır. Ona görə Rusiya Ermənistanın Qarabağ mövzusundakı qeyri-müəyyənliyinə son qoymalıdır:

  • RF yaxın vaxtlarda təbii qazının Dağlıq Qarabağa nəqlini dayandırmalıdır. RF bununla beynəlxalq hüquqa hörmətini nümayiş etdirməlidir.
  • Mehri dəmir yolunun açılmasına nail olacaqsa bu Rusiyanın uğuru hesab oluna bilər. Çünki Mehi dəmir yolunun açılması Ermənistanın Rusiyaya bağlanması deməkdir və Qərbdəkilər də bundan müəyyən nəticələr çıxaracaqlar.

Dağlıq Qarabağ məsələsində qeyri-müəyyənliyin aradan qaldırılmasına Rusiyanın təkid etməsi daha çox öz faydasınadır.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru