P.Nağıyev 2020-ci ilin sentyabr ayında Murovdağ istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü P.Nağıyev 2020-ci ilin sentyabr ayında Murovdağ istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü

Vətən müharibəsinin şəhidi Pərviz Nağıyev Tovuzda dəfn olunub - FOTO

P.Nağıyev 2020-ci ilin sentyabr ayında Murovdağ istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbçisi dəfn olunub.

Aznews.az xəbər verir ki, şəhid Nağıyev Pərviz Güloğlan oğlu bu gün doğulduğu Tovuz rayonunda torpağa tapşırılıb.

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, P.Nağıyev 2020-ci ilin sentyabr ayında Murovdağ istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü.

Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nağıyev Pərviz Güloğlan oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.

image description image description image description image description image description image description