- Müşahidə məntəqəsi
- 24 Fevral 2022 17:12
- 10 473
“Sanksiyalar Moskvanı dayandırmayacaq” - Politoloq
“Moskvanın strateji xətti açıq şəkildə və çox kəskindir”
Sabiq diplomat, politoloq Fikrət Sadıqov Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı AzNews.az analitik-informasiya portalına danışıb.
“Genişmiqyaslı münaqişənin başladığı göz önündədir. Rusiya maraqlarını açıq şəkildə bəyan edib. Rusiyanın müxtəlif addımları Qərbi narahat edəcək addımlardır. Qərb Rusiyaya müəyyən sanksiyalar tətbiq edir. Rusiyaya qarşı həm Avropa İttifaqı, həm də ABŞ tərəfindən tətbiq olunan sanksiyalar ilə Rusiyanın maliyyə sisteminə böyük zərbələr vurulur. Ancaq mən düşünürəm ki, bu sanksiyalar Moskvanı dayandırmayacaq. Çünki Moskvanın strateji xətti açıq şəkildə və çox kəskindir”, - deyə politoloq bildirib.
Fikrət Sadıqovun sözlərinə görə, Rusiya Donbas və Luqanskdan başqa digər vilayətləri də hədəf alacaq.
“Bəzi vilayətlər artıq Rusiyanın nəzərti altına keçib. Ancaq Ukrayna silahlı qüvvələri də müqavimət göstərir, vuruşur. Mən düşünürəm ki, böyük itkilər veriləcək. Qərb ölkələri və NATO tərəfindən Ukraynaya silah göndəriləcək. Qərb Rusiyaya yeni sanksiyalar tətbiq edəcək. Münaqişənin yaxın gələcəkdə sonu görünmür”,- deyə o qeyd edib.
Şəbnəm Zahir