- Müşahidə məntəqəsi
- 3 Mart 2022 15:03
- 10 185
“Britaniyalı deputat Marqaret Hodcun ittihamlarını qətiyyətlə rədd edirik!”
"Görünür bizim bu mövqeyimiz Marqaret Hodcun xoşuna gəlmir"
“Rusiya da bizə yaxın ölkədir, Azərbaycanla müttəfiq ölkədir. Ukrayna da bizim starateji tərəfdaşımızdır. Biz bu müharibədə tərəf deyilik. Biz Ukraynaya humanitar yardım edirik. Amma heç Ukrayna bizə humanitar yardımı da etməyib. Azərbaycanın 44 günlük Vətən müharibəsində Ukraynada 5 nəfər çıxıb Ermənistanın səfirliyinin qarşısında aksiya da keçirmədi.”
Bu açıqlamanı Moderator.az saytına BAXCP sədrinin müavini, QHT sədri, AXC Tv-nin baş redaktoru Niyaməddin Orduxanlı bildirib.
Onun sözlərinə görə, Britaniya parlamentinin Leyboristlər partiyasının təmsilçisi Marqaret Hodc Azərbaycana qarşı təxribatla məşğuldur: "Ukrayna bizə görə balaca Ermənistanla belə münasibətləri pozmadı . Bizim Rusiyada 2 milyon azərbaycanlı yaşayır. Buna görə də biz Rusiya ilə necə münasibətləri poza bilərik? Biz bu münaqişəyə qarışmırıq. Görünür bizim bu mövqeyimiz Britaniya parlamentinin Leyboristlər partiyasının təmsilçisi Marqaret Hodcun xoşuna gəlmir. Amma yaxşı olardı ki, bu qadın öz hökümətindən tələb etsin ki, niyə Ukraynanı bu günə saldınız və indi də tək buraxmısınız? Bu qadının Azərbaycanla bağlı bu cür ittihamlarını qətiyyələ rədd e