Siyasi icmalçı: "Hədəflərdən biri Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaqdır" Siyasi icmalçı: "Hədəflərdən biri Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaqdır"

Şoyqunun FƏRRUX şousu: Rusiya niyə yalan danışır?

Siyasi icmalçı: "Hədəflərdən biri Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaqdır"

"Müdafiə Nazirliyi Rusiya MN-nin FƏRRUX kəndi ilə bağlı iddiasını təkzib etdi: Ordumuz mövqelərindən geri çəkilməyib"

Bu barədə siyasi icmalçı Asif Nərimanlı yazıb.

O, daha sonra deyib:

"İndiyə qədər Qarabağla bağlı bir çox məsələdə Rusiya tərəfinin informasiyası Azərbaycan cəmiyyəti üçün daha "inandırıcı" hesab olunurdu. Fərrux kəndi ilə bağlı son baş verənlər, Bakının sərgilədiyi mövqe və son təkzibdən sonra bu vəziyyətin dəyişəcəyi ümidi yaranır.
Rusiyanın yalan məlumat (erməni mənbələr də əvvəldən məlumatı təkzib edirdilər) yayması isə səbəbsiz deyil:

Birincisi, Azərbaycan Ordusunun geri çəkilməməsi onların "hakim mövqeyi"ni sarsıdır və belə məlumatlarla vəziyyətin "nəzarətdə" olduğu görüntüsü yaratmaq istəyirlər;
İkincisi, belə məlumatlar erməni ictimai rəyinə hesablanıb: ruslar ermənilər üzərində "böyük qardaş" imicinin zədələnməsini istəmirlər; Fərrux kəndi ətrafında son baş verənlər zamanı Ermənistan mediasında Rusiya sülhməramlılarına qarşı hücumların edilməsi də Moskvanın buna ehtiyacının olduğunu göstərir;

Üçüncüsü, Azərbaycan cəmiyyətində çaşqınlığın yaradılması da hədəflərdən biridir: 44 günlük müharibədən sonra ruslar mütəmadi olaraq, belə infogedişlər edib, misal üçün, sülhməramlıların yerləşdiyi ərazilərin xəritələrinin dəyişdirilməsi və s;

Azərbaycan MN-nin reaksiyası vaxtında verildi. Öncədən də yazdığımız kimi, Rusiya tərəfinin bu səpkili açıqlamaları olacaq, onların digər vəzifəsi həm də erməniləri sakitləşdirməkdir".

AzNews.az