- Müşahidə məntəqəsi
- 28 Mart 2022 15:24
- 17 714
“Ruslarla erməniləri başa düşdük, bəs Əli Kərimli niyə özünə əl qatıb?”
Öz oğlu Türkel Kərimlini hərbi xidmətdən yayındıran Əli Kərimli Azərbaycan ordusunun qayğısına qala bilər?!
“İki gündür Rusiya Müdafiə Nazirliyinin Fərrux dağı ilə bağlı verdiyi bəyanata Azərbaycan Müdafiə Nazirliyi lazımi və çox yüksək səviyyəli cavabını verir. Hərbçilərimizin Fərrux yüksəkliyinə qalxması Qarabağda yeni müdafiə istehkamları qurmaq istəyən təxribatçılara cavab olmaqla separatizmi dəstəkləyən və Azərbaycanın ərazi bütövlüyünü tanımayan Ermənistana və Qarabağdakı separatçı ermənilərə növbəti xəbərdarlıqdır”.
Bunu XalqCəbhəsi.az saytına BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib.
Onun sözlərinə görə, yüz minlərlə, milyonlarla insan sosial şəbəkələrdə Azərbaycanın dövlət və milli maraqlarının qorunmasına öz dəstəyini nümayiş etdirir: "Ancaq Əli Kərimli sanki ayının əmisi oğludur. Rusiyanın Müdafiə Nazirliyinin verdiyi açıqlamanı sevə-sevə yayır. Azərbaycanın Müdafiə Nazirliyinin verdiyi açıqlamaya inanmır. Biz ruslarla, erməniləri başa düşdük. Bəs Əli Kərimli niyə özünə əl qatıb?! Hərbçilərimizin Fərrux dağına Azərbaycan bayrağını ucaltması videolarını da gördük. Öz oğlu Türkel Kərimlini hərbi xidmətdən yayındıran Əli Kərimli Azərbaycan ordusunun qayğısına qala bilər?! Bilirsiniz ki, oğlu İngiltərədə təhsilin bütün pillələrini başa vurub. Qanunla qayıdıb həqiqi hərbi xidmətə getməlidir. Qayıtmır. Rəsmi qurumlar Türkel Kərimlinin hərbi xidmətdən yayındığını bildirir. Əli Kərimli oğlunu Amerikaya göndərib. Belə bir adam ordumuzun qayğısına qala bilməz. Milli Şuranın bir vaxtlar Rusiyanın yaratdığı layihə olduğunu da unutmamışıq. Görünür, bu səbəbdəndir ki, Rusiyanın Müdafiə Nazirliyinin məlumatlarına daha çox inanır Əli Kərimli…"