- Müşahidə məntəqəsi
- 1 Aprel 2022 16:18
- 9 561
“Azərbaycan bu danışıqlara güclü tərəf kimi qatılır” - Politoloq
Ermənistanın Qarabağda etnik ermənilərin statusunu qabartması mümkündür
“Brüsseldə keçiriləcək görüşdə əldə olunan razılaşmaların həyata keçirilməsi və sülh müqaviləsinin bağlanması əsas danışıqlar predmeti olacaq”
Bunu AzNews.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
“Bundan əvvəl Brüsselin vasitəçiliyi ilə tərəflər arasında iki görüş keçirilib. Keçirilən bu iki görüşlər Rusiyanın vasitəçilyi kimi nəticəsiz qalıb. Təbii ki, Moskvadan fərqli olaraq Bürssel sülhün əldə edilməsində maraqlıdır. Maksimum çalışır ki, buna nail olsun. Amma, Brüsselin vasitəçiliyi ilə keçirlən görüşlər Ermənistan hakimiyyətinin qeyri-konusturuktiv mövqeyinə görə irəlləyiş əldə olunmayıb. Brüssel görüşündə sülh müqaviləsi üzrə danışıqların davamlı aparılması və real nəticələrə uyğun olaraq addımların atılması razılaşdırılacaq.
Ermənistanın Qarabağda etnik ermənilərin "statusunu" qabartması mümkündür. Avropa İttifaqı danışıqlar prosesində bu məsələləri müzakirə etməyəcək. Çünki, bu kimi məsələlərin gündəliyə gəlməsi, Rusiyanın maraqlarına cavab verir. Sülhün əldə olunmasının qarşısını alır. Həmçinin rəsmi Bakı da buna getməyəcək. Brüssel danışıqlarında qarşıda duran məsələ Qarabağ məsələsi deyil. Əsas məsələ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına nail olmaqdır”, - deyə M. Əsədullazadə əlavə edib.
Politoloq qeyd edib ki, Azərbaycan tərəfi bu danışıqlara güclü tərəf kimi qatılır”.
“Belə bir danışıqlar Azərbaycandan fərqli olaraq Ermənistana lazımdır. Çünki, Azərbaycanın bu kimi danışıqlara ciddi ehtiyacı yoxdur. İstədiyi məsələləri təzyiq yolu ilə əldə edir. Ermənistan sülh istəyirsə, Azərbaycanın beş maddəlik təkliflərini qəbul etməlidir. Ermənistan Brüsseldə əldə olunan razılaşmalara bir müddət əməl etməyə bilər. Amma, Rusiyanın Ukraynada məğlubiyyəti , Avropa İttifaqının regionda mövqelərini gücləndirməsi fonunda Ermənistana müəyyən təzyiqlərə yol aça bilər. Çünki, Avropa İttifaqı Azərbaycanla əlaqələrə önəm verir və enerji diversifikasiyasında mühüm rol oynayacaq. Həmçinin Rusiyanın regiondan çıxarılması Brüssel üçün strateji xəttdir. Bunun üçün Ermənistanın Azərbaycanla sülh müqaviləsinə məcbur edilməsi labüddür”.
M. Əsədullazadənin fikrincə , N. Paşinyan ya Moskvanın şərtləri ilə getməli, ya da Brüsselin şərtlərini qəbul etməlidir.
“Prezident İlham Əliyev Avropa İttifaqının vasitəçiyini qəbul edib və prosesin müsbət nəticələnməsi üçün Brüsselin mövqeyinə obyektiv yanaşır.
Brüsseldə keçiriləcək görüşdə əldə olunan razılaşmaların həyata keçirilməsi və sülh müqaviləsinin bağlanması əsas danışıqlar predmeti olacaq”, - deyə o vurğulayıb.
Şəbnəm Zahir