Şəbnəm Həsənova: “Ermənistanın sülhü sabotaj etmək cəhdi hal-hazırki mövcud siyasi durumda onun bir dövlət kimi subyektliyini ciddi şübhə altına salır” Şəbnəm Həsənova: “Ermənistanın sülhü sabotaj etmək cəhdi hal-hazırki mövcud siyasi durumda onun bir dövlət kimi subyektliyini ciddi şübhə altına salır”

“Qarabağda Azərbaycan pasportu olmayan erməni qalmayacaq”- Politoloq

Şəbnəm Həsənova: “Ermənistanın sülhü sabotaj etmək cəhdi hal-hazırki mövcud siyasi durumda onun bir dövlət kimi subyektliyini ciddi şübhə altına salır”

Politoloq Şəbnəm Həsənova AzNews.az analitik-informasiya portalına açıqlama verib.

Politoloq bildirir ki, geosiyasi layihə olan Ermənistanın gələcəyi üzərinə qoyulan funksiyaları yerinə yetirməkdən keçmir.

“Ermənistan normal dövlət və cəmiyyət olsa idi illər ərzində Qarabağı xarabalığa çevirməzdi. İndi də aksiyalarla özünü daha da uçuruma aparır. Azərbaycan isə nəinki Qarabağı dirçəltməklə, bununla yanaşı təşəbbüsləri əlində saxlayıb paralel olaraq konstruktiv yanaşma ortaya qoymaqla Qafqazda sülhə töhvə vermək iradəsinə sahib olduğunu sübut edir. Ermənistanın dövlət və xalq olaraq normal gələcəyi geosiyasi layihə kimi üzərinə qoyulan funksiyaları yerinə yetirməkdən keçmir. Bu dövlət özündə iradə tapıb ciddi şəkildə destruktiv mövqe tutan revanşist qruplaşmaları cəmiyyətdən özü təcrid etməli, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmalıdır”.

Politoloq hesab edir ki, Ermənistandakı aksiyalar səngiməsə də, gündən-günə fərqli məsələlər gündəmə gətirilsə, də bu hadisələrin sonu ən pis və hətta ən yaxşı ssenaridə məhz Ermənistanın özü üçün müsbət heç nə vəd etmir.

“İstəklərinin, tələblərinin tarixi əsasının mövcud olmadığı kimi keçirilən aksiyaların da sosial bazası mövcud deyil. Ermənistan dövlət və cəmiyyət olaraq yenidən müharibə etmək gücündə deyil. Bilavasitə özlərinə və dolayı yolla bəlli dairələrə xidmət etmək üçün Ermənistanın revanşist qüvvələri tərəfindən formalaşdırılan iddialar həm özləri, həm də müəyyən dairələrin özü üçün açılması çətin olacaq düyün nöqtəsidir. Ermənistanın sülhü sabotaj etmək cəhdi hal-hazırki mövcud siyasi durumda onun bir dövlət kimi subyektliyini ciddi şübhə altına salır, o ki qaldı bölgədə qalan azsaylı ermənilərə hansısa statusun verilməsi. Bu məsələ bütövlükdə tarixi və beynəlxalq hüquq baxımından heç bir parametrə uyğun deyil. Məhz buna görə də Qarabağda Azərbaycan pasportu olmayan erməni qalmayacaq”.

Şəbnəm Həsənovanın fikrincə, cəmiyyəti, daxili auditoriyanı, nümayişlərinə bəzən bu və ya digər formada şərait təqdim edir görüntüsü yaratmaqla müxalifəti və xarici bəlli dairələri öz əlində saxlamaq baxımından aksiyalar Nikol Paşinyanın özünə də lazımdır.

“Bu bir növ siyasi alət, həm də vasitədir. Aksiyaların perspektivi haqqında heç bir müsbət proqnozdan söhbət gedə bilməz. Hətta Nikol Paşinyan devrilsə belə ki belə olacağını düşünmürəm, Ermənistanın indiki reallıq çərçivəsindən kənara addım atmaq şansı mövcud deyil. Real yanaşmaq lazımdır ki, sülhə doğru gedən proses hər baxımdan hamar olmayacaq. Əksini düşünmək sadəlövlük olar. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan hər nə qədər məğlub olsa da hələ də öz maraqlarını təmin etmək istiqamətində addımlar atırsa, hər bir aktora yaxın olmaq baxımından siyasət yürüdürsə, Azərbaycan daha artıq siyasi manevr imkanlarına sahibdir. Reallıq da ondan xəbər verir ki, bütün təşəbbüslər, fürsət və şanslar Azərbaycanın əlindədir. Azərbaycan Ermənistana tarixi şans təqdim edir. Müharibədə məğlub olduqdan sonra siyasi böhran təbii proses olsa da Ermənistan üçün artıq vaxt sürətlə ötür. Bu baxımdan da hər itirilən fürsət tarixin səhvini yeniləmək olacaq. Azərbaycanın 44 gün ərzində yaratdığı reallıq nəinki geosiyasi vəziyyəti kökündən dəyişdi, bütövlükdə beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarının qərar və addımlarında ciddi dəyişikliyə getməyə vadar etdi. Hal-hazırda verilən əhəmiyyətli qərarlar bilavasitə Azərbaycanın yaratdığı reallığın nəticəsidir. Ermənistan bütün məsələləri nəzərdən keçirərkən məhz bu amili və faktı hər zaman gözönündə saxlamalıdır”,- deyə siyasi ekspert qeyd edir.

Şəbnəm Zahir