Bugünlərdə Bakıda səfərdə olan və özünü kifayət qədər normal aparan, hətta Brüsselin vasitəçilik səylərini alqışlayan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid İrəvanda maraqlı açıqlama ilə çıxış edib Bugünlərdə Bakıda səfərdə olan və özünü kifayət qədər normal aparan, hətta Brüsselin vasitəçilik səylərini alqışlayan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid İrəvanda maraqlı açıqlama ilə çıxış edib

Minsk Qrupunu bərpa etmək cəhdləri niyə məhvə məhkumdur?

Bugünlərdə Bakıda səfərdə olan və özünü kifayət qədər normal aparan, hətta Brüsselin vasitəçilik səylərini alqışlayan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid İrəvanda maraqlı açıqlama ilə çıxış edib

Xanım Donfrid Azadlıq Radiosunun erməni redaksiyasının əməkdaşına deyib ki, “ABŞ Ukraynadakı müharibəyə görə Rusiya ilə münasibətləri kəssə də, sülh yolu ilə və uzunmüddətli nizamlanma üçün ATƏT-in Minsk Qrupunda əməkdaşlığı davam etdirməyə hazırdır.

Sitat: “ABŞ bəyan etməyə davam edir ki, biz Minsk Qrupunun həmsədrliyi prosesini dəstəkləyirik. Biz inanmağa davam edirik ki, bu, xüsusilə Dağlıq Qarabağ məsələsində çox vacib formatdır. Sülh prosesini irəli aparmaqdan ötrü fərqli formatları saxlamaq vacibdir. Və biz bunu yaxın gələcəkdə də davam etdirəcəyik”.

Donfrid bu xüsusda Rusiya ilə əməkdaşlığı nəzərdə tutub-tutmaması barədə sualı da cavablandırıb: “Bəli. Rusiya Minsk Qrupunun həmsədridir. Odur ki, bəli, Fransa, ABŞ və Rusiya bu formatı davam etdirəcək”.

Xatırladaq ki, hələ bu il yanvarın ortalarında Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində Bakının ATƏT-in Minsk Qrupunun Qarabağ məsələsi ilə məşğul olmaq cəhdlərinə imkan verməyəcəyini açıq şəkildə söyləmişdi. IX Qlobal Bakı Forumunda Prezident oxşar fikri bir daha təkrarladı.

ABŞ niyə yenidən ölmüş Minsk qrupunu dirçəltməkdə maraqlıdır?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, post-müharibə dönəmində Qarabağ mövzusunda ABŞ rəsmilərinin fikirlərində ciddi ziddiyyətlər nəzərə çarpır: “Məsələn, Baydenin məktubunda ABŞ-ın maraqları bir cür, Dövlət Departamentinin münasibətində başqa şəkildə ifadə olunur. Biz hətta bunu eyni rəsminin burada bir cür, İrəvanda isə tam fərqli münasibət sərgiləməsində də hiss edirik. Bu yalnız Qarabağ mövzusu ilə əlaqəli deyil. İş burasındadır ki, ABŞ-ın Çin, Mərkəzi Asiya, Cənubi Qafqazla bağlı da fikirlərində rasionallıq yoxdur. Ermənistanda ABŞ rəsmisinin bu fikirləri ifadə etməsi həm də sual verən jurnalistin israrlı mövqeyi əsasında baş tutub. Minsk qrupu formatının ABŞ tərəfindən gündəmə gətirilməsi prinsipial olaraq nəyisə dəyişə bilməz. ABŞ çalışır ki, nizamlanma prosesini yalnız Rusiyanın öhdəsinə buraxmasın. Bu format kimi ən optimalı Minsk qrupunu sayır. ABŞ rəsmisinin Ermənistanda ifadə etdiyi mövqedə düzgün məqamlar da var. Məsələn, deyir ki, Ukraynada nəyin baş verməsindən asılı olmayaraq, ABŞ Rusiya ilə əməkdaşlığını davam etdirəcək. Bir də ABŞ rəsmilərinin davranışlarında riyakarlıq elementləri nəzərə çarpır. Onlar əksər hallarda dövlət siyasətinə uyğun deyil, qonaq olduqları ölkələrin daxili auditoriyasının nəbzinə uyğun danışırlar. Bu eyni zamanda sübut edir ki, ABŞ-ın regiona təsir mexanizmləri demək olar tükənib. Buna görə də, prosesi yubatmaq üçün belə addımlar atırlar. Yersiz təkliflərdi, Azərbaycan heç vaxt buna getməyəcək”.