“Azərbaycanın yaratdığı reallıqlar və Cənubi Qafqazla bağlı həyata keçirdiyi sülh təşəbbüsləri Avropa Birliyi üçün çox önəmlidir” “Azərbaycanın yaratdığı reallıqlar və Cənubi Qafqazla bağlı həyata keçirdiyi sülh təşəbbüsləri Avropa Birliyi üçün çox önəmlidir”

Avropa komissarı Şərq Tərəfdaşlığında Azərbaycanın xüsusi yerini nədə gördü?

“Azərbaycanın yaratdığı reallıqlar və Cənubi Qafqazla bağlı həyata keçirdiyi sülh təşəbbüsləri Avropa Birliyi üçün çox önəmlidir”

İyulun 18-də Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü keçirilib.

Xanım Ursula Fon der Lyayen səmimi qəbula görə təşəkkür edərək bunları deyib: “Cənab Prezident. Həqiqətən söylədiyiniz kimi, bizim aramızda uzunmüddətli tərəfdaşlıq var. Şərq Tərəfdaşlığı xüsusi olaraq Azərbaycanı əhatə edir. Əla münasibətləri daha da dərinləşdirmək istəyirik. Bu gün imzalayacağımız Anlaşma Memorandumuna nəzər salsaq, qeyd etməliyəm ki, ilk növbədə, həmin sənəd nümayəndələrimizin apardığı əla işin nəticələrinə əsaslanır. Orada enerji sektorunda etibarlı tərəfdaşlıq, eləcə də orta və uzun perspektivdə bərpaolunan enerji məsələləri xüsusi qeyd edilir. Bir sözlə, sənəd bu gün təfərrüatla müzakirə etdiyimiz bütün məsələləri əhatə edir. Əlbəttə ki, sizin də söylədiyiniz kimi, Anlaşma Memorandumundan başqa, Avropa İttifaqı ilə Azərbaycan arasında saziş də nəzərdə tutulur. Bunu elə indicə xarici işlər naziri ilə müzakirə etdik - həmin sazişə yeni təkan verək, daha irəliyə gedək və qalan məsələləri müzakirə edək”.

Sonra Azərbaycanla Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıb.

Daha sonra Prezident İlham Əliyev və xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər.

Maraqlıdır, Avropa komissarı Şərq Tərəfdaşlığında Azərbaycanın xüsusi yerini nədə görür?

Avropa qurumları ilə yaxından əməkdaşlıq edən politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Avropa Komissiyasının prezidentinin Azərbaycanla bağlı dediklərində həqiqət var: “Şərq Tərəfdaşlığı Proqramı Avropa Birliyi ilə postsovet ölkələrinin bütün sahələr üzrə ümumi standartlarla yaxınlaşmasını özündə ehtiva edir. Azərbaycan 5 il bu proqramı keçib. Artıq proqramın ikinci mərhələsi yekunlaşır. Bu proseslərdən görürük ki, artıq 3-cü beşilliyə də gedəcəyik. Görsənən budur ki, Avropa Birliyinin bunu əvəzləyəcək alternativi yoxdur. Avropanın özündəki bəzi qüvvələr proqramın Azərbaycanla bağlı hissəsinin bitməsinə çağırışlar edirdilər. Ancaq Avropa Birliyi buna getmədi. Avropa rəsmisinin dediyi fikir ilkin mərhələdə məxsusi olaraq Azərbaycanı əhatə etmirdi. Bura Moldova, Ukraynanı və başqalarını da aid etmək olardı. Xanım Ursulanın xüsusi olaraq Azərbaycanı əhatə edir kimi fikri proqramın 3-cü mərhəsinə aiddir. Çünki 3-cü mərhələnin başlanması ilə bağlı sammitdə Azərbaycan Prezidenti iştirak etdi. Birmənalı olaraq deyə bilərik ki, həmin toplantının ən ali qonaqlarından biri məhz İlham Əliyev idi. Bu o deməkdir ki, Avropa Birliyi bundan sonra təkcə bu proqramla bağlı deyil, həm də digər istiqamətlər üzrə Azərbaycanla yaxından əməkdaşlıq edəcək. Azərbaycanın yaratdığı reallıqlar və Cənubi Qafqazla bağlı həyata keçirdiyi sülh təşəbbüsləri Avropa Birliyi üçün çox önəmlidir. Buna görə də, proqramın Azərbaycanı əhatə etməsinə belə maraq göstərirlər”.