- Müşahidə məntəqəsi
- 31 Oktyabr 2022 17:51
- 7 860
Siyasi şərhçi: "Paşinyan Putinin çətirinin altına girir"
Paşinyan deyir ki, Azərbaycan 2021-ci ilin may ayının 11-dəki sərhədlərinə qayıtmalıdır
"Paşinyan Qərbdən bir yardım ala bilmədiyini görəndən sonra yenidən Putinin çətirinin altına girir".
Bu sözləri AzNews.az-a siyasi şərhçi Aqşin Kərimov deyib.
O bildirib ki, Paşinyan Putinlə görüşündə etdiyi çıxışda sadəcə olaraq ümidlərini dilə gətirir, Putin isə onun dediklərini etməyəcək.
"Paşinyanın iki əsas tezisi:
- Azərbaycan Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə antiterror əməliyyatları keçirib və geri çəkilməyib, Paşinyan deyir ki, Putin qoşunların əvvəlki mövqelərə qayıdışını üçtərəfli görüşdə müzakirə etməlidir.
- Paşinyan eyni mövqeni Azərbaycan-Ermənistan sərhədinə münasibətdə də ifadə edir, deyir ki, Azərbaycan 2021-ci ilin may ayının 11-dəki sərhədlərinə qayıtmalıdır.
Təbii ki, bunlar mümkün deyil!" - deyə o əlavə edib.