- Müşahidə məntəqəsi
- 3 Noyabr 2022 17:45
- 8 237
Politoloq: "Bu Azərbaycana qarşı təxribatların da anonsudur"
"Hazır olmalıyıq"
"Rusiyaya bağlı qüvvələr Xankəndinin ardından bu həftə İrəvanda da mitinq keçirəcəklər. Ermənistanın keçmiş prezidenti və Kreml sahibinin yaxın dostu Robert Köçəryan tərəfdarlarını noyabrın 5-də İrəvanda “Fransa meydanında” mitinqə çağırıb".
Bu sözləri AzNews.az-a politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Köçəryan mitinqdə çıxış edib baş nazir Nikol Paşinyana qarşı mübarizənin növbəti mərhələsini elan edəcək: "Köçəryanın mitinqlə bağlı yayımladığı şüar da bundan ibarətdir: “Ümidsiz olmayaq. Mübarizə həm Arsaxda, həm də Ermənistanda davam etməlidir. Bizə qoşulun!”. Bu şüarın məqsədi Paşinyanla mübarizə olmaqla bərabər Azərbaycana qarşı təxribatların da anonsudur. Hazır olmalıyıq", - deyə o əlavə edib.