"Ukrayna Mariupoldan imtina etməyəcək" "Ukrayna Mariupoldan imtina etməyəcək"

"Bu, müharibənin davamı deməkdir" - Ekspert

"Ukrayna Mariupoldan imtina etməyəcək"

Rusiya prezidenti Vladimir Putin işğal etdiyi Mariupolu “rusların qədim şəhəri” adlandırıb. Kreml sahibi birinci Pyotrun ilk hərbi gəmilərini Mariupolda inşa etdiyini, Suvorovun buralarda döyüşdüyünü misal göstərib.

Bu sözləri AzNews.az-a politoloq Elxan Şahinoğlu deyib.

"Putinin məntiqinə görə, Pyotrun və Suvorovun ayağı hara dəyibsə, oralar ruslara məxsusdur. Əgər belədirsə Putinin məntiqinə görə Rusiyanın yarıdan çoxu Çingiz xana və onun nəvələrinə, o cümlədən türk-tatar tayfalarına məxsus olmalıdır", - deyə o əlavə edib.

Politoloq Vladimir Putinin Mariupolun və Donbasın yenidən qurulmasına və sosial obyektlərin tikilməsinə dair fərmanı ilə bağlı qeyd edib ki, bu, müharibənin davamı deməkdir: "Çünki, Ukrayna Mariupoldan imtina etməyəcək".