Konseptual baxış Konseptual baxış

Əliyev Qarabağın azad olunması üçün nələr etdi

Konseptual baxış

- İlham Əliyev geosiyasi, regional və qlobal konyunktura şəraitini düzgün təhlil edərək vaxtından əvvəl müharibə aparmaq riskinə getmədi.

- Hələ zamanı deyildi və bu vaxtın yetişməsi üçün lazım olan resurslar Azərbaycanın balansında çoxluq təşkil etmirdi.

- Ona görə də, Azərbaycan dövləti beynəlxalq aləmin regiona diqqətini çəkmək və ölkənin əhəmiyyətini artırmaq üçün sanballı və uzunmüddətli perspektiv üçün faydalı olan enerji-nəqliyyat layihələrinə start verdi.

- Bu, ölkənin müharibə aparmaq qabiliyyəti üçün lazım olan mühüm elementlərin boy atıb böyüməsinə şərait yaratdı, söhbət Azərbaycanın iqtisadi potensialının döyüş aparmaq qabiliyyəti həddinə çatdırılmasından gedir.

- Azərbaycan üçün strateji tərəfdaşlar və müttəfiqlər lazım idi. İlham Əliyev ölkənin yerləşdiyi coğrafi məkanın həssaslığını nəzərə alaraq həmin tərəfdaşları xüsusi həssaslıqla seçdi.

- Bu balans siyasəti idi, “nə Qərb, nə Rusiya” tezisinə əsaslanırdı və münasibətləri həm Qərb, həm də Moskva ilə inkişaf etdirən postulatlar zənciri idi.

- Ermənistanın danışıqlar vasitəsilə vaxt qazanmaq və işğalın müddətini əbədiləşdirmək cəhdlərinin əlamətləri aydın sezildikcə Əliyev Azərbaycanın tərəfdaşları ilə hərbi-texniki əməkdaşlıq fəaliyyəti qurdu və ölkəyə ən müasir silahların tədarük edilməsinə nail oldu.

- Bununla da ordunun gücü əraziləri işğaldan azad etmək potensialı qazandı, bununla paralel olaraq isə Azərbaycan siyasi dialoqlarla Bakının yanında dura biləcək dövlətlərlə əməkdaşlığı dərinləşdirdi.

Vətən müharibəsinə aparan yolun konseptual izahını bu amillərlə vermək olar, üstəgəl Ermənistanın ərazi iddialarını genişləndirməsi də Bakıya başqa seçim yolu qoymadı.

Nəhayətdə Azərbaycan Ermənistanın təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına başladı və 44 gün ərzində öz ərazilərini işğaldan azad etdi.

Aqşin Kərimov