- Müşahidə məntəqəsi
- 10 Noyabr 2022 17:11
- 7 272
Siyasi şərhçi: "Ermənistan təkcə hərbidə məğlub olmadı"
Bununla Ermənistan tərəfi cəmiyyət olaraq tənəzzül dövrünə qədəm qoydu
"Müasir tarixdə çox az ölkə var ki, onun tarixində kapitulyasiya ilə bağlı bir imza olsun".
AzNews.az xəbər verir ki, bunu Xəzər telekanalında yayımlanan "Xəbər Ertəsi" verilişində Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan 10 noyabr bəyanatı haqqında danışarkən deyib.
O bildirib ki, kapitulyasiya aktı artıq ermənilərin məişət həyatına da daxil olub: "Onlar təkcə hərbidə məğlub olmadılar. 10 noyabrda imzalanmış müqavilə hələ də Ermənistanın həyatında müxtəlif istiqamətlərdə özünü göstərməkdədir. Bu həm siyasətdə, həm də üç sac ayağı adlandırdığımız Ermənistan, Qondarma Artsax və Diasporlar arasında parçalanma yaratmış oldu. Azərbaycan tərəfi də son 300 ildə ilk dəfə bizim tarixdə qalibiyyətlə yekunlaşmış müqaviləni imzalamış oldu".
Siyasi şərhçi daha sonra əlavə edib ki, bununla Ermənistan tərəfi cəmiyyət olaraq tənəzzül dövrünə qədəm qoydu. Azərbaycan cəmiyyəti isə əksinə hədəflərini daha da böyütməyə başladı.