"Azərbaycanın Rusiya tərəfinə verəcəyi çoxlu suallar var" - Politoloq

"Sergey Lavrovun Azərbaycana gözlənilən səfəri proqramında əsasən Ermənistan-Azərbaycan münasibətləri, Cənubi Qafqazda geosiyasi vəziyyət həmçinin Qarabağda sülhməramlıların missiyası, Vardanyan məsələsi müzakirə olunacaq".

Bu sözləri AzNews.az-a Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana fevralın 27-28-də baş tutacaq səfəri ilə bağlı açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Azərbaycanın konkret təklifləri var, Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmalar var. Prezident cənab İlham Əliyev bu istiqamətdə öz prinsipial mövqeyini məhz Münhen Təhlükəsizlik Konfrasında da bildirib. Ermənistan tərəfinə də iki dövlət arasında həm Laçın dəhlizi, həm də Zəngəzur dəhlizində nəzarət buraxılış məntəqəsinin yaradılmasını təklif edib.

"Burada göründüyü kimi Vaşinqton vasitəçilik həyata keçirir. Təbii ki, Rusiya bundan narahatdrı, çalışır ki, Cənubi Qafqazda mövqeləri zəiflətsin. Qeyd edim ki, Avrpa İttifaqının missiyası adı altında müəyyən silahlı qruplar da artıq Ermənistan- Azərbaycan sərhədində yerləşib və Rəsmi Moskva da bununla bağlı ciddi etiraz bildirib", - deyə politoloq əlavə edib.

M. Əsədullazadənin fikrincə, bu məsələdə də Aİ missiyasının Ermənistana gəlməsi rəsmi Moskva və rəsmi Bakının mövqelərini də üst-üstə düşürür: "Çünki hər iki tərəf bunda maraqlı tərəfdir. Hesab edirəm ki, Rusiya ilə əldə olunan “Moskva Bəyannaməsi”ndə müəyyən bəndlər var ki, Rusiya tərəfindən pozulur, yerinə yetirilmir. Azərbaycanın Rusiya tərəfinə verəcəyi çoxlu suallar var. Çünki masada strateji tərəfdaşlıqdan danışır amma, realda Azərbaycana qarşı Qarabağda Ruben Vardanyan separatizmi körükləyir. Bu məsələlər müzakirə olunacaq, Sergey lavrovun Azərbaycana səfərində hərhansı bir ciddi bir gözləntim yoxdur".

Siyasi şərhçi sonda vurğulayıb ki, regionda geosiyasi vəziyyət gərgindir, Rusiyanın Cənubi Qafqazda, xüsusilə Ermənistanda mövqeləri zəifləyir: "Rusiya əgər Azərbaycanla münasibətlərin normallaşdırılmasına maraqlıdırsa, Ruben Vardanyan kartından əl çəkməli, Azərbaycanın suverenliyini tam tanımalıdır. Rusiya süllhməramlılarının fəaliyyətində boşluqlara getməməlidir. Bu məsələlər masaya qoyulacaq və tərəflər arasında ola bilər ki, müəyyən məsələlərdə razılıq əldə olunsun".

Rəşid QARAYEV,

AzNews.az