- Müşahidə məntəqəsi
- 23 Fevral 2023 17:12
- 7 551
Vardanyanla mübarizəmiz başa çatmayıb - Elxan Şahinoğlu
"Laçın yolundakı etirazın Ruben Vardanyanla əlaqəsi yoxdur. Etirazın tələbi Qarabağdakı yataqlarda monitorinqə imkan verilməsiylə bağlıdır. Bu tələbimiz yerinə yetirilməyib".
AzNews.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu deyib.
O bildirib ki, ona görə də Ruben Vardanyan “dövlət naziri” vəzifəsindən istefaya göndərildi deyə etirazın dayandırılması doğru olmaz: "Fikrimcə, etiraz Laçın yolunun qurtacağında sərhəd və gömrük xidmətimiz yaradıldıqdan sonra başa çatmalıdır. O ki qaldı Ruben Vardanyana, onun iki seçimi qalıb: ya Qarabağda qalıb bizə problem yaratmaqda davam edəcək, ya da bunun mənasız olduğunu anlayıb maliyyəsini və biznesini idarə edəcək ölkələrdən birinə köçəcək".
Politoloq sonda vurğulayıb ki, Ruben Vardanyan Azərbaycan ərazisini tərk etməyənə qədər onunla mübarizəmiz başa çatmayıb.