Cahangir Hacıyevin arvadının 32 milyon sterlinqlik xüsusi təyyarəsi də varmış... Cahangir Hacıyevin arvadının 32 milyon sterlinqlik xüsusi təyyarəsi də varmış...

Zamira Hacıyeva hər gün 15 min lirəlik şərab içirmiş - NTV

Cahangir Hacıyevin arvadının 32 milyon sterlinqlik xüsusi təyyarəsi də varmış...

Türkiyənin NTV kanalı Azərbaycan Beynəlxalq Bankının həbsdə olan keçmiş prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamira Hacıyeva haqqında şok məlumatlar yayıb.

AzNews.az həmin kanala istinadla xəbər verir ki, məlumatlarda Cahangir Hacıyevin 15 illik rəhbərlik müddətində milyonlarla dolları mənimsədiyi üçün 15 il müddətində azadlıqdan məhrum edildiyi bildirilib. Həmçinin, dövlətə vurduğu ziyana görə 39 milyon dollar ödəməli olduğu qeyd edilib.

Bildirilib ki, onun həyat yoldaşı Zamirə Hacıyeva son 10 ildə Londonda milyonlarla funt-sterlinq xərcləyib. İngiltərə mətbuatı Zamira Hacıyeva üçün “dünyada bu qədər pul xərcləyən qadın yoxdur” şərhini verib. Zamira Hacıyeva haqqında kanal daha sonra bunları bildirib:

- Zamira Hacıyeva 2013-cü ildə 10 milyon sterlinq dəyərində “Mill Ride Golf” qolf klubunu satın alıb.

- Harrodsdan sadəcə bir neçə dəqiqəlik yürüş məsafəsində ev üçün 11,5 milyon sterlinq ödəyib.

- “Gulfstream G550” adlanan özəl təyyarəsini 32 milyon sterlinq alıb.

- Harrods şəhərindəki evinin qonşuluğunda 15 milyon sterlinq dəyərində malikanə alıb.

- Qiyməti 15 min lirə olan şərab içir.

- “Boucheron”, “Cartier” brendlərindən 1.2 milyon lirəlik yaxa sancağı, 800 min lirəlik zərgərlik əşyaları alıb.

Nigar CƏFƏR

AzNews.az

image description image description image description image description