"Ölkənizdə veteranlara göstərilən bu diqqət və qayğıdan mənzərədən çox məmnun oldum" "Ölkənizdə veteranlara göstərilən bu diqqət və qayğıdan mənzərədən çox məmnun oldum"

Azərbaycanda veteranlar üçün hər cür şərait yaradılıb ​- Vladimir Tkaçenko

"Ölkənizdə veteranlara göstərilən bu diqqət və qayğıdan mənzərədən çox məmnun oldum"

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyi münasibətilə bütün veteranları ürəkdən təbrik edirəm. Bu gün təkcə Azərbaycan üçün deyil, bütün postsovet ölkələri üçün əlamətdardır.

Bunu Müstəqil Dövlətlərin Veteran İctimai Təşkilatları Beynəlxalq İttifaqının sədr müavini Vladimir Tkaçenko jurnalistlərə açıqlamasında bildirib.

V.Tkaçenko bildirib ki, bu gün veteranların üzərinə böyük məsuliyyət düşür. Onlar yaşadıqları tarixi və keçdikləri döyüş yolu haqqında gənc nəslə məlumat verməlidirlər.

“Azərbaycanda veteranlara göstərilən diqqət və qayğı siyasəti MDB-nin digər ölkələrində də həyata keçirilməlidir. Azərbaycanda ölkə rəhbərliyi tərəfindən İkinci Dünya müharibəsi veteranlarına hər cür şərait yaradılıb. Ölkənizdə veteranlara göstərilən bu diqqət və qayğıdan mənzərədən çox məmnun oldum”, - deyə V.Tkaçenko vurğulayıb. (AZƏRTAC)