Kikboksinq idman növünün inkişafında göstərdiyi xidmətlərə görə... Kikboksinq idman növünün inkişafında göstərdiyi xidmətlərə görə...

Deputat Adil Əliyev Avropada mükafatlandırıldı

Kikboksinq idman növünün inkişafında göstərdiyi xidmətlərə görə...

WAKO-nun Avropa çempionatında iştirak edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Azərbaycanda kikboksinq idman növünün inkişafında göstərdiyi xidmətlərə görə, Avropa Kikboksinq Federasiyasının prezidenti Roy Beker tərəfindən mükafatlandırılıb.

Roy Beker Azərbaycan Kikboksinq Federasiyası ilə uğurlu əlaqələr qurduqlarını bildirib. Azərbaycanda kikboksinq idman növünün inkişafını diqqətlə izlədiklərini qeyd edib.

Qeyd edək ki, idmançılara mənəvi dəstək olmaq üçün federasiya prezidenti ilə yanaşı, federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov da çempionda iştirak edir. Bununla yanaşı, federasiyasının baş məşqçisi Elşən Abdülrəhman, məşqçilər Hakim Hacıyev, Telman Məhərrəmov, Fəxrəddin Quliyev, beynəlxalq dərəcəli hakim Elnur Aliyev və respublika dərəcəli hakim Aydın Ağabəyov, milli yığma komandanın rəisi Məhəmməd Babayev və 17 nəfərdən ibarət olmaqla qadın kikboksçu Nehir Rəcəbzadə ölkəmizi təmsil edirlər.