Bu haqda onun həmkarı Əli Əliyev məlumat verib. Bu haqda onun həmkarı Əli Əliyev məlumat verib.

Rəşid Mahmudov əməliyyat edildi

Bu haqda onun həmkarı Əli Əliyev məlumat verib.

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun səhhətində problemlər yarandığı haqda xəbər vermişdik.

Qarın boşluğunda yaranan ağrılar səbəbindən Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilən Rəşid Mahmudov bu gün əməliyyat olunub.

Bu haqda onun həmkarı, Tibb Universitetinin müəllimi Əli Əliyev bildirib:

“Dostumuz, kolleqam, layiqli ziyalımız Rəşid Mahmudovun səhhəti ictimaiyyəti ciddi narahat edir. Bu gün Rəşid müəllim əməliyyat olunub. Uğurlu keçib. Sabah mütləq özü ilə görüşəcəyəm. Durumu yaxşıdır. İnşallah qısa müddətdə bərpa olunacaq. Narahatlığa əsas yoxdur”.

Hazırda reanimasiya şöbəsində olan 79 yaşlı R.Mahmudov mədəaltı vəzidən əməliyyat olunub.(modern.az)

AzNews.az