"Bu mənada türk dünyasının iki böyük liderinin xidmətləri danılmazdır". "Bu mənada türk dünyasının iki böyük liderinin xidmətləri danılmazdır".

“Əsas hədəfimiz elə bir şəbəkə yaratmaqdır ki...” - Komitə sədri

"Bu mənada türk dünyasının iki böyük liderinin xidmətləri danılmazdır".

“Türk dünyasının birliyi ideyası yüz illərdən bəri mövcud olsa da, yalnız XX əsrdə bu ideyanın reallaşması istiqamətində konkret addımlar atılıb­ və bu mənada türk dünyasının iki böyük liderinin - Mustafa Kamal Atatürk və Heydər Əliyevin xidmətləri danılmazdır”.

Bunu Azərbaycanın Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri Fu­ad Mu­ra­do­v Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diasporla iş üzrə nazirlik və qurum rəhbərlərinin 3-cü iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu gün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədəri­mizdir” və “Biz bir millət, iki dövlətik” kəlamları bu böyük şəxsiyyətlərin türk dünyasının birliyinə nə qədər böyük önəm verdiyinin əyani təsdiqidir: “Bu fikirlər həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir. Müasir dövrdə Azərbaycan və türk icmalarının üzərinə düşən başlıca vəzifə bu formula əsaslanaraq xalqlarımızın mənafeləri naminə qarşılıqlı əməkdaşlığımızı daha da genişləndirməkdən ibarətdir”.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diasporla iş üzrə nazirlik və qurum rəhbərlərinin 3-cü iclası türkdilli xalqların diaspor təşkilatları arasında əməkdaşlığın inkişafı, ölkələrin milli maraqlarının müdafiəsi, mənəvi dəyərlərin, mədəni irsin təbliği baxımından çox mühüm əhəmiyyətə malik olduğunu bildirən F.Muradov bu iclasın keçirilməsi ilə türk dünyasının birliyi ideyasının əhəmiyyətini bir daha nümayiş etdirdiyini qeyd edib. O bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində də prioritetlik təşkil edir.

Fuad Muradov Dövlət Komitəsinin Türk Şurası ilə əməkdaşlığı çərçivəsində ötən müddət ərzində, diaspor quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərdən danışıb, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ilin martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I Forumunu xatırladıb və Forumda qəbul olunan “Bakı Bəyannaməsi”, “Türkdilli xalqlara müraciət” və digər sənədlərlə yanaşı, “Azərbaycan və Türk Diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası” türk dilli ölkələrin dostluq qardaşlıq bağlarının qüvvətləndirilməsi baxımından böyük tövhələr verdiyini deyib.

Komitə sədri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bu günə qədər keçirilmiş bütün zirvə görüşlərində Azərbaycan-Ermənistan Dağlıq Qarabağ probleminin ədalətli həlli ilə bağlı, bu bölgənin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu barədə mövqeyini ortaya qoyuğunu bildirib: “Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Xocalı soyqırımının tanınması, Xocalıya dair məlumatların bütün dünyaya çatdırılması, həqiqətlərin bəyan edilməsi bizim prioritet məsələmizdir” - deyən Fuad Muradov bu məsələdə bütün türk cümhuriyyətlərinin dəstəyinin zəruriliyinə diqqət çəkib.

Komitə sədri son dövrlərdə Azərbaycan diaspor hərəkatında əldə edilən yeniliklər və həyata keçirilən tədbirlər barədə fikirlərini bölüşüb. O bildirib ki, Komitənin önündə duran əsas hədəf ilkin olaraq əsas dünyada yaşayan soydaşlarımızın virtual birliyinə nail olmaqla bir şəbəkə formalaşdırmaqdır: “Bu məqsədlə sosial media, televiziya, radio vasitəsilə bütün soydaşlarımızla əlaqələr qurmağa çalışırıq. Artıq Komitənin sosial media üzərində gördüyü işlər, Diaspor TV, “Tanıyaq-Tanıdaq” və s. layihələr, doğrudan da, soydaşlarımıza vətənin uzaqda olmadığını göstərir. “Vətən uzaqda deyil” bizim şüarımızdır və biz hər addımda soydaşlarımızın yanında güclü və müstəqil Azərbaycan dövlətinin olduğunu göstərməyə çalışırıq. Bununla belə, təbii ki, türkdilli diasporların birgə fəaliyyəti daha uğurlu və səmərəli ola bilər”.

Fuad Muradov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diasporla iş üzrə nazirlik və qurum rəhbərlərinin 3-cü iclasında imzalanacaq "Türk Şurası Türkdilli Diasporların Birgə Fəaliyyət Strategiyası" və “2018-2019-cu illər üzrə türkdilli diasporların birgə fəaliyyət planı”ın Türk dünyasının birliyinə, qarşılıqlı əlaqələrin inkişafına yeni məzmun verəcəyini, diaspor təşkilatların birgə fəaliyyətinin əsas prinsip və istiqamətlərini müəyyən edəcəyini deyib.(report.az)

AzNews.az