O, WADA-nın iclasında iştirak edəcək O, WADA-nın iclasında iştirak edəcək

Avropa Şurası baş katibinin müavini Azərbaycana gələcək

O, WADA-nın iclasında iştirak edəcək

Avropa Şurası baş katibinin müavini Qabryella Battaini-Draqoni (Gabriella Battaini-Dragoni) noyabrın 13-dən 15-dək Azərbaycanda səfərdə olacaq.

O, Dopinqlə Mübarizə Beynəlxalq Agentliyinin (WADA) İcraçı Komitəsi və Yaradıcı Heyətinin Bakıda keçiriləcək iclasında iştirak edəcək.

Qeyd edək ki, Dopinqlə Mübarizə Beynəlxalq Agentliyinin (WADA) 1999-cu ildə yaradılıb. Təşkilatın əsas fəaliyyəti dopinqsiz idmanın inkişafı etdirilməsi uğrunda çalışmaq, bu məqsədlə elmi tədqiqatlar aparmaq, dünya ölkələri arasında bu sahədəki qanunların eyniləşdirilməsinə nail olmaqdan ibarətdir. (report)

© AzNews.az