"Bu, başa düşülən deyil". "Bu, başa düşülən deyil".

“Medianın başlıca vəzifəsi dövlətçilik və milli maraqlardan çıxış etməkdir”

"Bu, başa düşülən deyil".

"Son günlər dövlətin media siyasətinin bəzi şəxslər tərəfindən yenidən hədəfə alınması başa düşülən deyil".

Bunu açıqlamasında "Həftə İçi" qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

Onun sözlərinə görə, əgər bu gün Azərbaycanda fəaliyyət göstərən KİV orqanlarının əksəriyyəti dövlətçilik maraqlarından, milli maraqlardan çıxış edirsə, bunə media sahəsində çalışan hər kəs hörmətlə yanaşmağı bacarmalıdır: "Müasir Azərbaycan mediasının 90-cı illərlə müqayisə edilməsi doğru deyil. Son on ildə jurnalistikamızın inkişaf tempinə nəzər salsaq, əldə olunmuş nəticələrlə keçmiş postsovet ölkələri arasında bir çox ilklərə imza atdığımızın şahidi olarıq. Dövlət medianın ayaqda durması, maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial durumlarının yaxşılaşdırılması üçün öz dəstəyini hər zaman göstərib. İstər KİV DF xətti ilə çap mediasına ayrılan yardımlar, istərsə də jurnalistlər üçün təmənnasız mənzillərin inşası bugünki Azərbaycn mediasının maddi-texniki imkanlarının genişləndirilməsi, peşəkar kadrların yetişdirilməsi kontekstində əvəzsiz rola malikdir. Maliyyə mənbələrinin sağlamlaşdırılması isə medianın ölkəmizə qarşı fəaliyyət göstərən xarici qüvvələrin əlində alətə çevrilməsinin qarşısında sədd çəkir. Artıq Azərbaycan KİV-lərinin iqtisadi baxımdan heç bir xarici qüvvə qarşısında öhdlikləri yoxdur. Medianın başlıca vəzifəsi isə dövlətçilik və milli maraqlardan çıxış etmək, imkanları daxilində zərərli ideologiyaların cəmiyyətimizə təsir imkanlarını neytrallaşdırmaqdan ibarətdir. Mətbuat Şurasının səlahiyyətlərinin artırılması ilə bağlı çağırışlara gəldikdə isə, bu hər zaman vurğuladığımız kimi cəmiyyətimizin tələbidir. Vətəndaşlar daha sağlam, daha şəffaf KİV-lərin olmasını, reketlərin sıramızdan tamamilə çıxarılmasını istəyir. İstər dövlət, istərsə də mətbuat olaraq bizim başlıca vəzifəmiz isə cəmiyyətdən gələn çağırışlara və tələblərə qulaq asmaq, söz və mətbuat azadlığının təmininə zərər vermədən onları yerinə yetirməkdir".(sia.az)

AzNews.az