Millət vəkili Azərbaycan qadınlarının cəmiyyətdəki rolundan söz açıb Millət vəkili Azərbaycan qadınlarının cəmiyyətdəki rolundan söz açıb

Qənirə Paşayeva 8 ölkənin fəal qadınları ilə Qarabağdan danışdı

Millət vəkili Azərbaycan qadınlarının cəmiyyətdəki rolundan söz açıb

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Yaponiya, Meksika, Nepal, Avstraliya, Livan, Çin, Malayziya və Ekvadorun fəal qadınları ilə görüşüb.

AzNews.az xəbər verir ki, görüşlər zamanı millət vəkili onlara Azərbaycanı, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib.

Qənirə Paşayeva görüş zamanı 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib.

O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır.

Yaponiya, Meksika, Nepal, Avstraliya, Livan, Çin, Malayziya və Ekvadorun fəal qadınları təmsil etdikləri ğlkələrin Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiklərini, ölkələrimiz arasında münasibətlərin getdikcə daha da sürətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. Yaponiya, Meksika, Nepal, Avstraliya, Livan, Çin, Malayziya və Ekvadorun qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşdə və iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb.

Qənirə Paşayeva Yaponiya, Meksika, Nepal, Avstraliya, Livan, Çin, Malayziya və Ekvadorun fəal qadınlarına Azərbaycanın iqtisadi potensialı, mədəniyyəti ilə bağlı da məlumatlar verib, Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı materiallar da hədiyyə edib.

AzNews.az

image description image description image description image description image description image description image description image description image description